“iPhone” və “iPad”lərdə aşkar edilmiş bir texniki səhv hakerlər tərəfindən məlumatların oğurlanmasına səbəb ola bilər.
“HaberGlobal” məlumat verir ki, bir təhlükəsizlik firmasının səhvi yarım milyarddan çox istifadəçinin məlumatlarının hakerlərin əlinə keçəcəyinə şərait yaradıb.
“iPad”lərdə də tapılan texniki səhv San-Fransiskoda yerləşən “ZecOps” mobil təhlükəsizlik şirkəti tərəfindən 2019-cu ilin sonlarında müştəriyə edilən kiberhücumun araşdırılması zamanı aşkarlanıb.
“ZecOps”un baş direktoru Zak Avraham bu texnikin səhvdən ən az altı kiber hücumda istifadə edildiyinə dair sübutların olduğunu deyib.
“Apple”in bir nümayəndəsi “iPhone” və “iPad”lərdə elektron poçt üçün yaradılan proqram təminatında da texniki səhv olduğunu etiraf edib. Əməkdaş bildirib ki, şirkət növbəti yeniləmədə satacağı milyonlarla cihaz üçün düzəliş hazırlayır.