Fransada ötən sutkada 544 nəfər pandemiyanın qurbanı olub.
Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkə Səhiyyəsi Baş idarəsinin direktoru Jerom Salomon keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, ölkədə virusdan ölənlərin sayı 21 340-a yüksəlib.
“Xəstəxanalarda epidemiyanın başlamasından bəri 13 236 nəfər ölüb, onların 80% -i yaşı 75-dən yuxarı olan insanlardır. Qocalar evlərində, digər tibb və sosial müəssisələrdə isə 8 104 nəfər pandemiyanın qurbanı olub. Ölkədə ümumilikdə koronavirusdan 21 340 şəxs dünyasını dəyişib”, - o deyib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 604 000-i ötüb. Bunların 712 260 nəfəri sağalıb, 181 418 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.