Çin alimləri koronavirusun Avropada çox sayda ölümlərə səbəb olmasının səbəbini açıqlayıb.
Bu barədə “Milliyet” məlumat yayıb.
Alimlərin fikrincə, virusun mutasiya etməsi ölümlərin sayını artırıb. Onlar koronavirusun mutasiya etmiş 30 fərqli növünün olduğunu müəyyən ediblər. Məhz bu 30 növdən bəziləri olduqca təhlükəlidir və ölüm faizinin artmasına gətirib çıxarır. Virusun təhlükəli mutasiya formaları digər növlərə nisbətən 270 dəfə sürətlə çoxala bilir.
Qeyd olunur ki, koronavirusun ən yüngül və zərərsiz mutasiya forması ABŞ-ın Vaşinqton ştatında aşkar olunub.