ABŞ Prezidenti Donald Tramp WTI markalı Texas neftinin nə üçün ucuzlaşdığı barədə fikir söyləyib.
O, çıxışı zamanı bildirib ki, yeni növ koronavirus (COVID-19) epidemiyasının təsiri ilə ölkədə xam neft qiymətləri sıfır dollardan aşağı düşüb: "Bu çöküşün səbəbi, avtomobillərdən istifadə edilməməsi və zavodların, iş yerlərinin bağlı olmasıdır”.
Donald Tramp, ölkədə xam neft qiymətlərinin sıfır dollardan aşağı düşməsinin "qısamüddətli" olduğunu bildirib və 75 milyon barel xam neft alacaqlarını söyləyib: "ABŞ olaraq, Strateji Neft Ehtiyatımız üçün 75 milyon barel neft alacağıq. Hazırda 75 milyon barel tutumumuz var. İndi neft almağın tam zamanıdır. Bazarlarda bir tıxanma var, bu səbəbdən də qiymətlər düşdü. 1 aya kimi bir zamanda xam neft qiymətləri 25-28 dollar aralığını görə bilər".
Qeyd edək ki, ötən gün Nyu Yorkda, WTI may fyuçersi mənfi 40.32 dollara qədər düşdükdən sonra mənfi 37.63 dollardan bağlanıb. Bu ikinci dünya müharibəsindən bu yana olan ən aşağı qiymətdir.