Fransada koronavirus epidemiyasının başlanğıcından bu günə qədər 20 mindən çox insan ölüb.
Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə Səhiyyəsi Baş idarəsinin direktoru Jerom Salomon keçirdiyi brifinqdə bildirib.
"Fransada indiki anda 20 255 nəfər COVID-19-dan ölmüş sayılır", - o deyib.
O, qeyd edib ki, xəstəxanalarda 12 513 nəfər COVD-19-dan vəfat edib. Ölkənin sosial və tibbi-sosial müəssisələrində isə 7 752 nəfər virusdan ölüb.
Salomonun sözlərinə görə, Fransada 114 657 koronavirus xəstəsi var. Son gün ərzində xəstələrin sayı daha 2 min artıb.