İran hökumətinin qərarına əsasən, bu gündən etibarən ölkədə şəhərlərarası magistral yollarda hərəkət bərpa edilib, həmçinin, ticarət mərkəzləri və mağazalar açılıb.
Xəbəri “Associated Press” agentliyi yayıb.
Agentlik yazır ki, ticarət mərkəzlərindən başqa, dünyanın ən böyük qapalı bazarı hesab olunan Tehranın “Böyük Bazarı” da fəaliyyətini bərpa edib. Lakin mağazalar saat 18:00-dək fəaliyyət göstərə biləcək.
Restoranların, idman zallarının və digər ictimai müəssisələrin fəaliyyətinə hələlik icazə verilməyib.
Məscid və digər dini obyektlər də bağlı olaraq qalır.