Rusiyada ana azyaşlı oğluna işgəncə verib » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:27 Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb  |     20:45 Çində bıçaqlı hücum nəticəsində 8 nəfər ölüb, 17 nəfər yaralanıb  |     20:18 Leyla Əliyeva Xəzər dənizinin mühafizəsinə dair dəyirmi masa müzakirələrində iştirak edib  |     19:39 Paşinyan Trampa zəng etdi  |     19:35 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     19:30 Paris yaxınlığında çoxsaylı insan girov götürüldü  |     19:20 Hikmət Hacıyev Fransanın və Ermənistanın COP29-da iştirak etməməsi məsələsindən danışıb  |     18:57 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     18:17 Paşinyanın beş doğrusunu aparan bir səhvi  |     18:01 Bakıda COP29 sammitində Davamlı İnkişaf Santa Klausu: "Uşaqlığı yenidən əzəmətli edək"  |     17:57 Hikmət Hacıyev: "İlham Əliyev Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdi"  |     17:40 Elmi direktor: "Norveç iqlim dəyişikliyi ilə mübarizədə o qədər də yaxşı deyil"  |     17:26 Dubayda başlayıb Bakıda bitən yarımmilyonluq dələduzluq  |     17:19 Azərbaycanda sabah banklar və "Azərpoçt" fəaliyyət göstərəcək  |     17:19 İşa Xeyriyyə Fondunun təsisçisi Sadhquru Prezident İlham Əliyevə məktub ünvanlayıb  |     17:12 "Barselona"nın prezidenti: "Azərbaycanda olmaqdan məmnunam"  |     17:07 Nazir müavini: "Dostlar Qrupu"nun hüquqi fəaliyyəti TƏSDİQLƏNDİ  |     16:58 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     16:49 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     16:35 Masallıda 37 yaşlı kişi özünü asıb  |    

Rusiyada ana azyaşlı oğluna işgəncə verib

Rusiyanın Krasnodar vilayətinin Novorossiysk şəhərində ananın azyaşlı övladına işgəncə verməsi ilə bağlı cinayət işi başlanıb.

Bununla bağlı REN TV Rusiya Federasiyasının Krasnodar vilayəti üzrə İstintaq İdarəsinə istinadən xəbər yayır.

Bildirilir ki, aprelin 15-də qonşular evlərinə tökülən suyu dayandırmaq üçün qadının qaldığı mənzilə girəndə altı yaşlı oğlanın bədənində işgəncə izləri ilə aşkar ediblər.

Qonşuların dediyinə görə, azyaşlı aylardır evdən çıxmır, mətbəxdəki qabların istifadə qaydasını bilmir və sudan qorxur. Qonşuların çağırdığı təcili yardım nəticəsində uşaq qapalı kəllə-beyin travması, baş beyinin zədələnməsi və silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İttihamda ananın davamlı olaraq uşağa işgəncə verməsi, bədəninin müxtəlif hissələrinə zərbələr endirməsi və dəfələrlə bağlı yerdə tək qoyması qeyd edilir.

Hadisənin təfərrüatı araşdırılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 072 20.04.20 16:35