Fransada 18 681 nəfər pandemiyanın qurbanı olub.
Median.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə departamentinin rəhbəri Jerom Salomon keçirdiyi brifinqdə bildirib.
O, qeyd edib ki, ölkədəki xəstəxanalarda 11 478, tibbi və sosial təşkilatlarda isə 7 203 nəfər koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişib.
Onun sözlərinə görə, Fransada son 24 saat ərzində 761 nəfər ölüb, virus daşıyıcılarının sayı isə 108 847-yə çatıb.