Gürcüstan hökuməti COVID-19 infeksiyasının ölkədə yayılmasının qarşısının alınması üçün səfərbər olunan tibb müəssisələrinin siyahısını təsdiqləyib.
Report xəbər verir ki, siyahıda 44 klinika yer alıb.
Sənəddə həmçinin həmin xəstəxanaların koronavirusun təsdiqləndiyi və şübhəli simptomları olan pasiyentlərə göstərəcəkləri xidmətlər də yer alıb.
Qeyd edək ki, indiyədək qonşu ölkədə koronavirusa 370 nəfər yoluxub. Onların 79-u sağalıb, 3-ü isə ölüb.