Gürcüstanın iri şəhərlərinə giriş-çıxış bağlanır.
Bu barədə "Sputnik” xəbər yayıb.
Bildirilir ki, bu gün yerli vaxtla saat 21:00-dan etibarən Tbilsi, Kutaisi, Batumi və Rustavi şəhərlərinə giriş-çıxışla bağlı 10 günlük məhdudiyyət qoyulub.
Qərarla bağlı yollarda ajiotaj nəzərə çarpır.
Qeyd edək ki, Gürcüstanda 306 yoluxma hadisəsi qeydə alınıb. Xəstələrdən üçü ölüb, 69 nəfəri sağalıb.