“Şeremetyevo” aeroportunda baş vermiş təyyarə qəzasının görüntüləri yayımlandı - VİDEO
Rusiya İstintaq Komitəsi ötən ilin may ayında “Şeremetyevo” aeroportunda “Superjet”in uğradığı qəzanın videogörüntülərini yayımlayıb.
RT-nin məlumatına görə, yanan laynerin pilotu barəsində cinayət işi artıq Baş prokurorluğa göndərilib. İstintaq belə qərara gəlib ki, faciəyə səbəb heyət komandirinin səhvi olub.
Təyyarənin texniki nasazlığı versiyası təkzib olunub. Müstəntiqlər həmçinin müəyyən ediblər ki, yerüstü xidmətlər faciənin qarşısını ala bilməzdi.
Xatırladaq ki, faciə zamanı 40 sərnişin və bir heyət üzvü həlak olmuşdu.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!