Türkiyənin Səhiyyə naziri: “Əminəm ki, filyasyon üsulu ilə Türkiyə koronavirus pandemiyasından ən az itki ilə qurtulacaq” » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:27 Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb  |     20:45 Çində bıçaqlı hücum nəticəsində 8 nəfər ölüb, 17 nəfər yaralanıb  |     20:18 Leyla Əliyeva Xəzər dənizinin mühafizəsinə dair dəyirmi masa müzakirələrində iştirak edib  |     19:39 Paşinyan Trampa zəng etdi  |     19:35 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     19:30 Paris yaxınlığında çoxsaylı insan girov götürüldü  |     19:20 Hikmət Hacıyev Fransanın və Ermənistanın COP29-da iştirak etməməsi məsələsindən danışıb  |     18:57 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     18:17 Paşinyanın beş doğrusunu aparan bir səhvi  |     18:01 Bakıda COP29 sammitində Davamlı İnkişaf Santa Klausu: "Uşaqlığı yenidən əzəmətli edək"  |     17:57 Hikmət Hacıyev: "İlham Əliyev Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdi"  |     17:40 Elmi direktor: "Norveç iqlim dəyişikliyi ilə mübarizədə o qədər də yaxşı deyil"  |     17:26 Dubayda başlayıb Bakıda bitən yarımmilyonluq dələduzluq  |     17:19 Azərbaycanda sabah banklar və "Azərpoçt" fəaliyyət göstərəcək  |     17:19 İşa Xeyriyyə Fondunun təsisçisi Sadhquru Prezident İlham Əliyevə məktub ünvanlayıb  |     17:12 "Barselona"nın prezidenti: "Azərbaycanda olmaqdan məmnunam"  |     17:07 Nazir müavini: "Dostlar Qrupu"nun hüquqi fəaliyyəti TƏSDİQLƏNDİ  |     16:58 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     16:49 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     16:35 Masallıda 37 yaşlı kişi özünü asıb  |    

Türkiyənin Səhiyyə naziri: “Əminəm ki, filyasyon üsulu ilə Türkiyə koronavirus pandemiyasından ən az itki ilə qurtulacaq”

“Türkiyədə xəstəliyin 4-cü həftədə yoluxma sayı enişə doğru getdi. Buna necə nail olduq? Filyasyonla. Filyasyon xəstəliyə yoluxanın ünsiyyətdə olduğu şəxsləri də araşdırıb, onları da nəzarətdə saxlamaq prosedurudur. Dünyada filyasyon üsulu ilə ən sıx çalışan Türkiyədir. Əminəm ki, filyasyon üsulu ilə Türkiyə koronavirus pandemiyasından ən az itki ilə qurtulacaq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə əlaqədar Türkiyədə yaradılan Elm Qurumunun toplantısından sonrakı mətbuat konfransında açıqlama verən Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir deyib ki, 3 mütəxəssisdən ibarət olmaqla filyasyon heyətilə koronavirus infeksiyasına yoluxanların ünsiyyətdə olduğu şəbəkə nəzarətdə saxlanılır: “İstanbulda 1200, ümumilikdə Türkiyədə isə 4600 filyasyon heyət var. Əhalimiz əmin olsun 1 milyon 100 mindən çox mütəxəssis heyətimiz insanlarımızın sağlamlığının keşiyindədir”.

Nazir bildirib ki, Türkiyənin havaları isti olan regionlarında malyariya xəstəliyi geniş yayıldığı üçün malyariya xəstəliyinin müalicəsində tətbiq edilən kifayət qədər preparat ehtiyatı var ki, koronavirus infeksiyasına yoluxan xəstələrin müalicəsində də çox istifadə olunub: “Dünyada klororkin dərmanından bu pandemiya ilə mübarizədə ən çox istifadə edən Türkiyədir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 058 14.04.20 22:23