Xarici ölkələrdə 92 Gürcüstan vətəndaşının koronavirusa yoluxması təsdiqlənib.
Report xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
Onun sözlərinə görə, Avropanın müxtəlif ölkələrində doqquz Gürcüstan vətəndaşı COVID-19 infeksiyasından dünyasını dəyişib.