Gürcüstan hökuməti koronavirusun yayılmasına qarşı tətbiq olunan fövqəladə vəziyyətin müddətini uzatmaqla bağlı qərar qəbul edib.
“Sputnik Gürcüstan” xəbər verir ki, bununla bağlı ölkənin Baş naziri Georgi Qaxariya bu gün keçirdiyi brifinqdə açıqlama verib.
Bildirilir ki, fövqəladə vəziyyət mayın 10-dək uzadılacaq. Eyni zamanda, qaydalar sərtləşdiriləcək.
Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma faktı fevralın 26-da aşkar edilib.