Moskvada özünütəcrid qaydalarını pozanları müəyyən etmək üçün patrula çıxmaq getdikcə daha təhlükəli olur. Belə ki, mülki vətəndaşlar polis əməkdaşlarına hücum edirlər.
Bu, 360tv.ru-nun paylaşdığı kadrlardan da aydın olur.
Videoda bir qızın hüquq-mühafizə orqanı əməkdaşının başına butulka vurduğu görünür.
Məlumata görə, hadisə Rusiyanın paytaxtında qeydə alınıb. Polis Moskva küçələrinin birində karantin rejiminə görə, patrul həyata keçirərkən əlində açıq pivə butulkası olan qızı saxlayıb. Qız əvvəlcə asayiş keşikçisini söyüb, sonra isə butulkanı başına vuraraq qaçıb.
Polisin onu izlədiyini görən qız bu dəfə əli ilə hüquq mühafizəçisinin başından vurub.
Xuliqanlıq edən qız saxlanılaraq polis bölməsinə aparılıb. Bütün qanunazidd hərəkətlərinə baxmayaraq, onu ancaq özünütəcrid qaydalarını pozma ilə əlaqədar cəza gözlədiyi bildirilir.