Hindistanda bir gündə koronavirusa yoluxmada ölkə üzrə rekord göstərici müşahidə edilib.
MK bununla bağlı Hindistanın Səhiyyə Nazirliyinə istinadən xəbər yayıb.
Bildirilir ki, koronavirusa yoluxanların sayı son bir gün ərzində 1035 nəfər artıb. Beləliklə, xəstələrin ümumi sayı 7600 nəfərdir.
Ötən gün ölkədə virusa yoluxan 40 nəfər həyatını itirib. Ümumilikdə, Hindistanda COVID-19-dan 249 nəfər ölüb.
Ən çox yoluxma halı 1574 nəfər olmaqla, Maharaştra ştatında qeydə alınıb.
Qeyd edək ki, Hindistanda martın 25-dən etibarən karantin elan edilib.