Belarus Rusiyadan koronavirus üçün test almaqdan imtina edib.
MK xəbər verir ki, Belarus Xarici İşlər Nazirliyi (XİN) Rusiyadan koronavirusun aşkarlanması üçün otuz min testin alınması ilə bağlı danışıqların dayandırıldığını bildirib.
Rəsmi Minsk ölkədə test istehsalına başlanılacağını açıqlayıb.
Ayın əvvəlində Rusiyadan on minə yaxın test sistemi Belarusa pulsuz verilib.
“Biz yenidən otuz min test almaq üçün iki Rusiya şirkəti ilə danışıqlar apardıq, amma bu danışıqlar dayandırıldı. Artıq həmin testlərə ehtiyacımız yoxdur, özümüz istehsal edirik. Başqa ölkələrdən əlli minə yaxın test almışıq”, - deyə Belarus XİN-nin nümayəndəsi yerli televiziya kanallarından birinin efirində açıqlayıb.