ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatlar administrasiyasına İtaliyaya koronavirusun yayılmasının qarşısının alınmasında kömək göstərilməsi üçün göstəriş verib.
Bu barədə “İnterfaks” Ağ Evə istinadən məlumat yayıb.
ABŞ-ın yardımı çərçivəsində İtaliyaya tibbi və humanitar yardımın göndərilməsi nəzərdə tutulub.
Bundan əlavə, qərara əsasən, ABŞ-ın bir neçə naziri İtaliyaya, o cümlədən, buradakı ABŞ əsgərlərinə kömək göstərilməsi üçün müxtəlif tədbirlər görməlidir.