ABŞ hakimiyyəti ölkədə koronavirus qurbanlarının sayı ilə bağlı öz hesablamalarına düzəliş edib. Birləşmiş Ştatlar administrasiyası hesab edir ki, koronavirusa yoluxmuş azı 100 min amerikalı öləcək.
Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp keçirdiyi brifinqdə bildirib.
"Əvvəl deyirdilər ki, əgər heç bir tədbir görülməsə, 100 mindən 225 min nəfərə (minimal itki sayı -red) və 2,2 milyona qədər olacaq”, - o deyib. “Baxarıq, nəticə nə olacaq, amma indi görünür, 100 mindən (ölənlərin sayı-red) çox olacaq", - ABŞ prezidenti əlavə edib.