Kimyəvi silahların qadağan edilməsi ilə bağlı qanun layihəsi - DETALLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:27 Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb  |     20:45 Çində bıçaqlı hücum nəticəsində 8 nəfər ölüb, 17 nəfər yaralanıb  |     20:18 Leyla Əliyeva Xəzər dənizinin mühafizəsinə dair dəyirmi masa müzakirələrində iştirak edib  |     19:39 Paşinyan Trampa zəng etdi  |     19:35 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     19:30 Paris yaxınlığında çoxsaylı insan girov götürüldü  |     19:20 Hikmət Hacıyev Fransanın və Ermənistanın COP29-da iştirak etməməsi məsələsindən danışıb  |     18:57 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     18:17 Paşinyanın beş doğrusunu aparan bir səhvi  |     18:01 Bakıda COP29 sammitində Davamlı İnkişaf Santa Klausu: "Uşaqlığı yenidən əzəmətli edək"  |     17:57 Hikmət Hacıyev: "İlham Əliyev Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdi"  |     17:40 Elmi direktor: "Norveç iqlim dəyişikliyi ilə mübarizədə o qədər də yaxşı deyil"  |     17:26 Dubayda başlayıb Bakıda bitən yarımmilyonluq dələduzluq  |     17:19 Azərbaycanda sabah banklar və "Azərpoçt" fəaliyyət göstərəcək  |     17:19 İşa Xeyriyyə Fondunun təsisçisi Sadhquru Prezident İlham Əliyevə məktub ünvanlayıb  |     17:12 "Barselona"nın prezidenti: "Azərbaycanda olmaqdan məmnunam"  |     17:07 Nazir müavini: "Dostlar Qrupu"nun hüquqi fəaliyyəti TƏSDİQLƏNDİ  |     16:58 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     16:49 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     16:35 Masallıda 37 yaşlı kişi özünü asıb  |    

Kimyəvi silahların qadağan edilməsi ilə bağlı qanun layihəsi - DETALLAR

Milli Məclisdə müzakirəyə çıxarılacaq “Kimyəvi silahların hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” qanun layihəsinin təfərrüatı məlum olub.

Bu barədə Oxu.Az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə məlumat verib.

Deputat xatırladıb ki, Azərbaycan “Kimyəvi silahların hazırlanması, istehsalı, artırılması və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Konvensiyaya qoşulub.

A.Mirzəzadə qeyd edib ki, Azərbaycan bu Konvensiyaya uyğun olaraq, özünün milli qanununu qəbul edir.

“Yeni qanun layihəsi beş maddədən ibarətdir. Layihə Konvensiyanın tələblərinin əsas götürüldüyünü elan edir”, - deyə A.Mirzəzadə əlavə edib.

Millət vəkili bildirib ki, sənədə əsasən, kimyəvi silahların komponentlərinin hər hansı formada istehsalı qadağan edilir:

“Layihədə göstərilib ki, bunun üçün xüsusi təftiş qrupu yaradılır. Hər il bu məsələ ilə bağlı beynəlxalq təşkilata hesabat verilməsi də nəzərdə tutulur”.

Deputat söyləyib ki, qanun layihəsində kənd təsərrüfatında, sənayedə, tibdə kimyəvi silahlara aid edilməyən maddələrin və komponentlərin istehsalına qadağa qoyulmur.

“Dinc məqsədlər üçün istehsalla hərbi istehsal arasında qəti sədd çəkilir. Azərbaycan bununla bağlı öz üzərinə ciddi hüquqi öhdəlik götürüb. Bu məsələnin Azərbaycan ərazisində nəzarətə götürülməsinə xüsusi dövlət qurumu nəzarət edəcək”, - deyə A.Mirzəzadə qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            906 10.04.20 13:47