Britaniyanın Baş Naziri Boris Conson reanimasiyadan çıxıb.
APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə baş nazirin ofisi məlumat yayıb.
Məlumatda deyilir: “Baş nazir bu axşam reanimasiyadan geri palataya köçürüldü, sağalma prosesinin ilkin mərhələsində o, yaxın müşahidə altında tutulacaq”.