İtaliyada son sutka ərzində daha 604 nəfər koronavirusun qurbanı olub.
Median.Az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidmətinin rəhbəri Andjello Borelli məlumat verib.
O deyib ki, bununla da ölkədə COVID-19 infeksiyasından ölənlərin sayı 17 127 nəfərə çatıb.
Bundan başqa, İtaliyada koronavirusa yoluxma halları daha 3039 nəfər artaraq 135 586-ya çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 380 000-i ötüb. Bunların 297 583 nəfəri sağalıb, 79 068 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.