Rusiyada karantin qaydalarını pozan 17 yaşlı məktəbli evdə yatdığı yerdə vəfat edib.
“MK” xəbər verir ki, yeniyetmə karantin qadağasına baxmayaraq anasından bir saatlıq küçədə dostları ilə gəzməyə icazə alıb.
Bir saatdan sonra evə qayıdan oğlan çarpayısına uzanaraq yatıb.
Aprelin altısı səhər saat 10:00-da yuxudan ayılan yeniyetmə bir daha yatmaq istədiyini bildirib.
Lakin 14:30-da anası onu huşsuz halda tapıb. Mütəxəssislər onun yatarkən qaytararaq boğulduğunu qeyd edib. Onun əşyalarının içində naməlum toz aşkar edilib.
Ehtimala əsasən, oğlan həmin maddəni gəzməyə gedərkən alıb və qəbul edib.