Çinin Uhan şəhərində koronavirus yayıldıqdan sonra ölkə tətbiq olunan qadağalarla epidemiyaya nəzarət edə bildi.
”Haber Global” məlumat verir ki, karantin və səyahət qadağaları azaldıqdan sonra minlərlə insan görməli yerlərə axın edib.
Anhui əyalətində Huanqşan dağ parkında maskalı insanların böyük izdihamı yaşanıb.
Şəkillərin sosial mediada yayımlanmasından sonra Kommunist Partiyası insanlara xəbərdarlıq edib.
Park rəhbərliyi artıq ziyarətçiləri qəbul etməyəcəyini açıqlayıb.
Şanxayda bir çox restoranlarda yalnız rezervasiya edənlər qəbul edilib. Oxşar hadisələr paytaxt Pekində də baş verib. Şəhər sakinləri parklara və açıq yerlərə axışıb.
Qeyd edək ki, Çində son 24 saatda cəmi iki nəfər koronavirusdan ölüb. İndiyə qədər koronavirusa 81 708 nəfər yoluxub. COVID-19 ölkədə, ümumilikdə, 3331 nəfərin həyatına son qoyub.