Türkiyənin tanınmış sənətçisi İbrahim Tatlısəsin müğənni qızı Dilan Çıtak Tatlısəs koronavirusa yoluxub.
Median.Az xəbər verir ki, “Instagram” hesabından canlı yayımda D.Tatlısəs deyib ki, oynaq ağrıları, dadbilmə və hissiyyatın itməsinə görə verdiyim COVID-19 testinin nəticələri pozitiv çıxdı.
Uzun zaman birlikdə yaşadığı sevgilisi Levent Dörtlerin koronavirusa yoluxmasından sonra “Instagram”da canlı yayıma çıxan müğənni halsızlıq hiss etdiyini, dərman qəbul etdiyini, tərlədiyini, nəfəs alarkən çətinlik çəkdiyini və xəstəliyə yoluxmaqdan qorxduğunu bildirmişdi.//oxu.az