Hindistanın Racəstan əyalətində təcili tibbi yardım maşını ilə gətirilən hamilə qadını dövlət xəstəxanasına qəbul etməyiblər.
“HaberGlobal” məlumat verir ki, bu addım qadının müsəlman olması müəyyənləşdikdən sonra atılıb.
Əlacsızlıqdan təcili tibbi yardım maşınında baş verən doğuş zamanı körpə ölüb.
Qadının əri İrfan Xan “buradakı həkimlər müsəlman olduğumuz üçün Caypura getməyimizi məsləhət gördülər”, - deyə bildirib.
O, xəstəxana rəhbərliyinin körpənin ölümünə görə məsuliyyət daşıdığını vurğulayıb.
Xəstəxanadan bildirilib ki, qadın ağır vəziyyətdə olduğu üçün Caypura göndərilib, amma buna baxmayaraq, səhlənkarlıq araşdırılacaq.