Koronavirusa yoluxan insan ölümündən qabaq başqasının üzünə tüpürdü – FOTO/VİDEO
Tailandın paytaxtı Banqkokda qatara minən sərnişinlərdən biri tanımadığı şəxsin üzünə tüpürüb.
“News.com.au” xəbər verir ki, daha sonra tüpürən şəxsin cəsədi qatarda aşkar edilib.
Həkimlər onun koronavirusa yoluxduğunu təsbit edib. O, öləcəyini bildiyinə baxmayaraq, belə ağlasığmaz addım atıb.
Polis koronavirusa yoluxanın kim olduğunu müəyyən edib. 56 yaşlı Anan Saxox Banqkokdan Narathivat şəhərinə gedirmiş.
Sərnişinlər onun qatarda özünü pis hiss etdiyini və dayanmadan qaytardığını bildirib.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!