Nyu-Yorkun Bronks rayonunda yerləşən heyvanxanada dişi pələng koronavirusa yoluxub.
“Gazeta.ru” xəbər verir ki, ehtimala əsasən, pələngi heyvanxananın əməkdaşlarından biri yoluxdurub.
“Dörd yaşlı Malay pələngi Nadya koronavirusa yoluxub. Onunla birgə yaşayan Azul adlı digər Malay pələngi, həmçinin iki Amur pələngi və üç Afrika aslanında quru öskürək başlayıb”, - deyə məlumatda qeyd edilir.