Boris Conson koronavirusdan hələlik sağalmadığını deyib, özünütəcrid davam edəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:27 Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb  |     20:45 Çində bıçaqlı hücum nəticəsində 8 nəfər ölüb, 17 nəfər yaralanıb  |     20:18 Leyla Əliyeva Xəzər dənizinin mühafizəsinə dair dəyirmi masa müzakirələrində iştirak edib  |     19:39 Paşinyan Trampa zəng etdi  |     19:35 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     19:30 Paris yaxınlığında çoxsaylı insan girov götürüldü  |     19:20 Hikmət Hacıyev Fransanın və Ermənistanın COP29-da iştirak etməməsi məsələsindən danışıb  |     18:57 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     18:17 Paşinyanın beş doğrusunu aparan bir səhvi  |     18:01 Bakıda COP29 sammitində Davamlı İnkişaf Santa Klausu: "Uşaqlığı yenidən əzəmətli edək"  |     17:57 Hikmət Hacıyev: "İlham Əliyev Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdi"  |     17:40 Elmi direktor: "Norveç iqlim dəyişikliyi ilə mübarizədə o qədər də yaxşı deyil"  |     17:26 Dubayda başlayıb Bakıda bitən yarımmilyonluq dələduzluq  |     17:19 Azərbaycanda sabah banklar və "Azərpoçt" fəaliyyət göstərəcək  |     17:19 İşa Xeyriyyə Fondunun təsisçisi Sadhquru Prezident İlham Əliyevə məktub ünvanlayıb  |     17:12 "Barselona"nın prezidenti: "Azərbaycanda olmaqdan məmnunam"  |     17:07 Nazir müavini: "Dostlar Qrupu"nun hüquqi fəaliyyəti TƏSDİQLƏNDİ  |     16:58 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     16:49 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     16:35 Masallıda 37 yaşlı kişi özünü asıb  |    

Boris Conson koronavirusdan hələlik sağalmadığını deyib, özünütəcrid davam edəcək

Böyük Britaniyanın Baş Naziri Boris Consonun koronavirusla əlaqədar özünütəcridi davam edəcək.

Median.Az
-ın xəbərinə görə, bu barədə B. Conson "Twitter" hesabında yayımlanan videomüraciətində bildirib.

”Mən özümü daha yaxşı hiss edirəm və artıq 7 gün tamam olur ki, karantindəyəm. Lakin məndə hələ simptomlardan biri davam edir, hərarətim var. Buna görə də hökumətin məsləhətinə uyğun olaraq mən simptomlar tamamilə yoxa çıxanadək özünütəcridi davam etdirməliyəm. Lakin biz bu virusa qalib gəlmək üçün dayanmadan öz proqramımız üzərində işləyirik", - deyə B. Conson vurğulayıb.

Baş Nazir ölkə vətəndaşlarını martın 23-dən etibarən tətbiq olunan karantin rejiminə əməl etməyə və vacib olmadığı halda evdən çıxmamağa çağırıb.

Onun sözlərinə görə, həftə sonlarında günəşli hava şəraiti ilə əlaqədar bir çox britaniyalı, xüsusən uşaqları olan valideynlər küçədə daha çox vaxt keçirməyə və hakimiyyətin tövsiyələrini pozmağa başlaya bilərlər: "Xahiş edirəm mövcud qaydalara əməl edin. Ölkə koronavirusun yayılmasının qarşını almaq üçün çox səy göstərir, böyük fədakarlıqlar edir və bu istiqamətdə əhəmiyyətli uğurlar qazanıb. Gəlin bu yolda davam edək”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 117 03.04.20 19:57