Bağdadda İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” xüsusi bölməsinin rəhbəri, general Qasım Süleymaninin öldürülməsi Yaxın Şərqdə yeni müharibəyə səbəb ola bilər.
Bu barədə amerikalı senator Kris Merfi özünün “Twitter ” səhifəsində yazıb.
Onun sözlərinə görə, Süleymani birmənalı olaraq ABŞ-ın düşməni olub.
“Sualı başqa cür qoymaq lazımdır: Amerika təsir gücünə görə İranın ikinci şəxsini Konqressin icazəsi olmadan öldürərkən irimiqyaslı regional müharibəni başlaya biləcəyini həqiqiqətən anlayırdımı?” – senator qeyd edib.
Daha öncə bildirilmişdi ki, Süleymani Bağdad hava limanında İraqın şiə qoşunlarının komandan müavini əbu Məhdi əl-Muhəndislə görüşü zamanı aviazərbə nəticəsində qətlə yetirilib. ABŞ tərəfi əl-Muhəndisi Amerika səfirliyinə hücumda ittiham edir.