Gündəlik xərclərimizə yemək, nəqliyyat, əyləncə, mədəni istirahət, alkoqollu içki və tütün məmulatları və s. daxildir.
RİA “Novosti”nin analitikləri müxtəlif ölkələrin əhalisinin yeməyə nə qədər pul xərclədiyini araşdırıblar. Ayrı-ayrı ölkələrdə bu göstərici fərqli olub. Məsələn, əgər Rumıniya əhalisinin xərclərinin üçdən biri yeməyin payına düşürsə, ukraynalıların xərclərinin yeməyə sərf olunan payı 50% təşkil edir. Xərclərin yeməyə sərf olunan ən az payı isə 8,4% olmaqla Lüksemburq əhalisindədir. Niderland və Böyük Britaniyada xərclərin ərzağa sərf olunan payı 10,6%, İrlandiyada 11,5%, Finlandiyada isə 11,7% təşkil edir.
Beləliklə, tədqiqatın nəticəsini təqdim edirik:
1. Ukrayna
Xərclərin yeməyə sərf olunan payı: 50 %
2. Qazaxıstan
Xərclərin yeməyə sərf olunan payı: 47.6%
3. Moldova
Xərclərin yeməyə sərf olunan payı: 43.8%
4. Şimali Makedoniya
Xərclərin yeməyə sərf olunan payı: 37.8%
5. Bolqarıstan
Xərclərin yeməyə sərf olunan payı: 36.5%
6. Belorus
Xərclərin yeməyə sərf olunan payı: 36.3%
7. Serbiya
Xərclərin yeməyə sərf olunan payı: 34.3%
8. Rumıniya
Xərclərin yeməyə sərf olunan payı: 33.3%
9. Litva
Xərclərin yeməyə sərf olunan payı: 31.5%
10. Rusiya
Xərclərin yeməyə sərf olunan payı: 30,2%