İranın paytaxtı Tehranın Pişva mahalında keçirilən əyləncə məclisinə qatılan 60 nəfər saxlanılıb. Əyləncə məclisində narkotik maddələrdən də istifadə edilib.
“Hürriyet” xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun mahal üzrə komandiri Səməd Sultani deyib.
Sultani sözügedən şəxslərin “Bəsic” milisləri tərəfindən saxlandığını və ev sahibinin əvvəllər narkotik maddə alverinə görə məhkum edildiyini qeyd edib.