Belfastda (Böyük Britaniyada – red.) “Taxtların oyunu” serialının aktyoru Endrü Danbar vəfat edib.
Bu barədə “The Extras Dept” yazır.
Qeyd edilir ki, 31 yaşlı aktyor Milad bayramı günü öz evində ölüb.
Danbarın ölümünün səbəbləri hələ açıqlanmır.
Aktyor serialda Stark rolunu canlandırıb və Teon Qreycoyun dublyoru olub.