Ermənistanda illərdir uşaqlarını analarından alaraq başqalarına satan cinayətkar şəbəkə ölkə gündəminə düşüb. Aralarında həkimlər, uşaq evləri rəhbərləri, polislər və yüksəkçinli dövlət məmurlarının da olduğu çoxlu sayda şəxs saxlanılıb.
Suzan Patvakanyan 20 il qabaq qeyri-qanuni olaraq bir qız uşağı dünyaya gətirib. Həkimlər 16 yaşlı Suzanı təhdid edərək bildiribər ki, uşağın atasını polisə verəcəklər. Zorla imzalatdırılan boş kağızla uşaq anasından alınıb. Patvakanyan üç gün sonra qızını geri almaq üçün xəstəxanaya gedir. Ancaq uşağın başqa şəhərdəki uşaq evinə göndərildiyi cavabını alır. Orada da uşağını tapa bilməyən gənc ana illər sonra xəstəxananın uşağı başqa bir ailəyə satdığını öyrənir. Bu fakt Ermənistanda fəaliyyət göstərən uşaq mafiyasının üzə çıxarılmasına yardımçı olur.
“Human Rights Watch” təşkilatının açıqlamasına görə, təkcə 2017-ci ildə minlərlə erməni uşaq alilərindən müxtəlif bəhanələrlə zorla alınaraq başqalarına satılıb.