Pis hava şəraiti Korsika adasının Fransanın materik hissəsi ilə əlaqəsinin kəsilməsinə səbəb olub.
Məlumatı “Franse İnfo” agentliyi yayıb.
Qeyd olunur ki, “Fabien” qasırğasının yaxınlaşması ilə əlaqədar təyyarə uçuşları və su nəqliyyatının hərəkəti tamamilə dayandırılıb. Hava şəraiti dəmir yolları nəqliyyatını da iflic edib.
Qeyd edək ki, “Fabien” fırtınasından öncə Fransa, İspaniya və Portuqaliya “Elza” qasırğası ilə üz-üzə qalmışdı. Nəticədə, hər üç ölkənin infrastrukturuna ciddi ziyan dəymiş, insan təlafatı olmuşdu.