Dünən Britaniya televiziyasında nümayiş olunan “Berry Royal Milad”ın mətbəx şousunda Kembric hersoginyası Keyt Middleton iştirak edib.
Median.Az xəbər verir ki o, verilişdə maraqlı açıqlamaları ilə yadda qaıb. Keyt Şahzadə Uilyam ilə ilk tanışlıq illərindən də danışıb.
Tanınmış kulinar Meri Berry rəhbərliyi altında desert hazırlayan hersoginya həyat yoldaşı ilə də zarafat edib.
"O, mənim yeməyimi birtəhər yeyir!" Şahzadə də həyat yoldaşına "Ona görə də bu qədər zəifəm”-, gülərək cavab verib.
Keyt yeni görüşməyə başladıqlarında Uilyamın onun üçün dadlı yeməklər hazırladığını da bildirib. Hersoginya şahzadənin o dövrdə onu heyrətləndirmək üçün hər şeyi etdiyini də açıqlayıb.
"Ö, mənə dadlı yeməklər hazırlayırdı. Əsasəndə "spagetti bolonyezo" (red. İtaliya mətbəxi) onda çox gözəl alınırdı"