Antaliyada bankda mühafizəçini girov götürən şəxsi polisə təslim olub.
Bununla bağlı DHA məlumat yayıb.
Qırğız mənşəli şəxs çölə çıxardığı bank işçilərinin mobil telefonlarını əllərindən alaraq, “mənim hər şeyimi əlimdən aldılar, səlahiyyətli biri ilə görüşmək istəyirəm”, - deyib.
Polisin 1 saat 10 dəqiqə dilə tutduğu qırğız təslim olduqdan sonra polis idarəsinə götürülüb.
* * * * *
Türkiyənin Antalya şəhərində silahlı şəxs banka girib.
DHA-nın xəbərinə görə, o, bank işçilərini silahla təhdid edərək çölə çıxarıb və mühafizəçiləri girov götürüb.
Əraziyə çoxlu sayda polis cəlb olunub.