Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Almatı şəhərinə köhnə adı Alma-Atanın qaytarılması təklifinə dəstək verib.
“Sputnik Qazaxıstan” xəbər verir ki, o bu barədə tanınmış yazıçı Oljas Suleymenov ilə danışığında bildirib.
Yazıçının fikrincə, Alma-Ata - daha aydın və tarixi cəhətdən düzgün addır.
Daha sonra prezidentin köməkçisi Erlan Karin bildirib ki, şəhər adının dəyişdirilməsi yalnız sakinlərin əksəriyyətinin rəyi əsasında baş verə bilər. Gündəmdə isə şəhərin inkişafına dair daha aktual məsələlər durur.
Xatırladaq ki, Alma-Ata şəhərinə 1993-cü ildə Almatı adı verilib.