Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov 528 nəfər məhbusu əfv edib.
Məlumatı Türkmənistanın Dövlət İnformasiya Agentliyi yayıb.
Prezident əfv haqda fərmanı ötən gün hökümətin genişləndirilmiş iclasında imzalayıb.
Fərmana əsasən, 528 şəxs azadlığa buraxılıb. Cinayəti törətmiş və məhkəmənin qərarı ilə müəyyən edilmiş ərazidə yaşamaq qərarı verilən şəxslərə də əfv fərmanı şamil edilir.