Ukraynanın birinci xanımı Yelena Zelenskaya qalmaqala səbəb olan açıq-sarı rəngli libasını hərraca çıxarıb.
Bu barədə prezident Vladimir Zelenskinin xanımı İnstaqram səhifəsində yazıb. Onun sözlərinə görə, Yaponiya imperatoru ilə görüşdə geyindiyi və “səs-küy yaradan” libas daha xeyirxah məqsədlərə xidmət edəcək. Libasın satışından gələn gəlir onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım fondna veriləcək.
Xatırladaq ki, Yaponiya qanunlarına görə, imperatorla görüş zamanı ondan başqa heç kəs zoğalı, qızılı-sarı və açıq-sarı rəngli libas geyinə bilməz. Ancaq Yelena Zelenskaya protokol qaydalarını pozaraq açıq-sarı libasda imperatorun görüşünə getmişdi. Bu isə etirazla qarşılanaraq, imperatora hörmətsizlik əlaməti kimi qəbul edilmişdi. /qafqazinfo.az/