Rusiya Federasiyasının paytaxtı Moskvada uzun illər fəaliyyət göstərən "Bakı" kinoteatrı sökülüb.
Median.Az-ın report-a istinadən verdiyi məlumata görə, kinoteatır 1974-cü ildə tikilib və binanın arxitekturasında ənənəvi Azərbaycan üslubundan istifadə olunub.
2004-cü ildə Moskva şəhərinin keçmiş meri Yuri Lujkov tərəfindən Azərbaycan diasporuna təklif olunan kinoteatrda, Rusiya azərbaycanlılarının müxtəlif tədbirləri keçirilib.
Qeyd edək ki, 2014-cü ildə auksionda "Edisonenerqo" şirkətinə satılan "Bakı" kinoteatrı, 2017-ci ildə kinoteatrların yenidənqurma proqramına daxil edilib.