Sadəcə dəhşət, çamadanın içərisindən uşaq meyiti tapıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:07 Trampın keçid komandası seçilmiş prezidentə qarşı işin dayandırıldığını açıqlayıb  |     18:59 İranlı deputatdan atom bombası yaratmağa çağırış  |     18:46 Azərbaycan və Qırğızıstan gəncləri birgə fəaliyyətlə bağlı memorandum imzalayıblar  |     18:32 Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı FƏRMAN  |     18:23 Türkiyədə azərbaycanlının 70 kiloqram qızılla saxlanılmasının ANBAAN GÖRÜNTÜLƏRİ (VİDEO)  |     18:17 Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?  |     18:14 Azərbaycanda bir universitetin təmirinə 790 min manat sərf olunacaq  |     18:03 Şahrudin Məhəmmədəliyev uzun müddət sonra yenidən yaşıl meydanlara qayıdır  |     17:55 Tacikistanın şimalında zəlzələ oldu  |     17:47 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılmalıdır? - Ali Məhkəmənin mövqeyi  |     17:46 Dayısının 14 yaşlı qızı ilə evlənən şəxsə şərti cəza verildi  |     17:41 Azərbaycanda bəzi kursantlara ödəniş ediləcək  |     16:41 Temperatur düşəcək, leysan yağacaq  |     16:30 Qəzzada öldürülən jurnalistlərin sayı 189-a yüksəldi  |     16:15 Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR  |     16:03 Səmayə Piriyeva vəfat etdi  |     15:52 Xəzər dənizində üzərək Azərbaycana qanunsuz yolla keçən əcnəbiyə hökm oxundu  |     15:48 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib  |     15:28 Bakıda mənzil qiymətləri nə qədər artıb?  |     14:54 COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR  |    

Sadəcə dəhşət, çamadanın içərisindən uşaq meyiti tapıldı

İtaliyanın cənubunda Vallo-Dell-Lukaniya şəhərində karabinerlər Moldova vətəndaşının evində yeni doğulmuş körpənin meyitini aşkarlayıblar. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir. Körpənin meyiti çamadanda olub.

Məlumata əsasən, hüquq mühafizə orqanları əməkdaşları xəstəxanadan məlumat daxil olduqdan sonra evdə axtarış aparıblar. Ötən gecə İtaliyada dayə işləyən qadın güclü qanaxma ilə təcili tibbi yardım maşınında xəstəxanaya gətirilib. Həkimlər dərhal onun zahı olduğunu anlayıb polisə xəbər veriblər.

Çamadanda tapılan uşağın meyiti dərhal morqa göndərilib, Vallo-Dell-Lukaniya prokurorluğu isə uşağın ölüm faktı ilə bağlı cinayət işi başladıb.

"Hazırda ilk növbədə uşağın ölü doğulması və ya canlı uşağın ölməsi faktını dəqiqləşdirmək lazımdır. Biz artıq bununla bağlı tibbi ekspertə müvafiq tapşırıq vermişik", - deyə prokuror Antonio Riççi bildirib.

O qeyd edib ki, bu dəhşətli hekayə ana olmağa hazırlaşan bütün qadınlar üçün dərs olmalıdır: "Xarici vətəndaşlar da daxil olmaqla, bütün qadınlar bilməlidirlər ki, İtaliya hökuməti həmişə çətin həyat şəraitində olan hər bir şəxsə kömək etməyə hazırdır".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 128 02.10.19 22:17