Aktyor və rejissor İqor Puşkarev 81 yaşında dünyasını dəyişib.
Median.Az “lenta”ya istinadən xəbər verir ki, 81 yaşlı aktyor uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Ancaq onun ölüm səbəbi dəqiqləşdirilməyib.
Puşkarev 70-dən artıq kinofilmlərdə müxtəlif rollarda oynayıb. Yuliya Rayzmanın “Əgər bu sevgidirsə?”, Anatoliy Qranikanın “Ən birinci”, Alkesandr Stolperin “Dirilər və ölülər”, Yuriy Boretskinin “Maral ovu”, Vladimir Skuybanın “Amansız”, “Cərimə zərbəsi”, “Əmr: Sərhəddi keşin!” və onlarla filmlərdə müxtəlif rollarda çəkilib.
O eyni zamanda özü də bir sıra filmlərin rejissoru olub. Onun yadda qalan uşaq “Denis Korablevanın təəccüblü məcaraları” filmini çəkib. Bundan başqa “Şiş na kakuy!” kinokomediyasının rejissoru olub.