ABŞ-ın Virciniya ştatında dələ qadını yaralı balasının yanına aparıb.
Bu barədə “Lenta.ru” yazıb.
ABŞ vətəndaşı Tia Pauellin dediyinə görə, sentyabrın 20-də Pulaski şəhərində Kivanis parkı yaxınlığında dələ ona tərəf qaçaraq, ayağından çəkməyə başlayıb. Heyvanın ardınca gedən qadın pəncəsi zədələnmiş kiçik dələ tapır.
Pauell yaxınlıqda hər an dələyə hücum edə biləcək pişiyin gizləndiyini görüb. Bundan sonra qadın rəfiqəsinə və polisə zəng edib. Hadisə yerinə gələn polis dələnin pəncəsini sarıyaraq heyvanların ağaca çıxmasına kömək edib.