Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələləri Araşdırma İnstitutunun rəhbəri Haluk Özənər İstanbulda baş verən zəlzələlər ilə bağlı açıqlama verib.
Median.Az publika.az-a istinadən bildirir ki, Özənər seysmik titrəyişlərin sona doğru yaxınlaşdığını deyib.
"İstanbulda ən böyük zəlzələnin qarşıda olacağı gözlənilir. Lakin bu zəlzələnin nə zaman baş verəcəyi, harada olduğu barədə təsəvvürümüz yoxdur. 1999-cu ildə Mərmərədə baş verən zəlzələni düşündüyümüzdə növbəti zəlzələnin də burada baş verəcəyi ehtimal olunur. Getdikcə sona yaxınlaşdığımızı düşünürəm, amma dəqiq zaman demək mümkün deyil. Bu zəlzələ 7 baldan güclü olacaq. Aktivliyin ana seysmik xəttə yaxınlaşdığını görürük. Bu səbəbdən bu boyda zəlzələnin baş verməsi qətidir", - Özənər bildirib.