Pakistan hökuməti Hindistanın baş naziri Narendra Modinin təyyarə ilə Almaniyaya gedərkən bu ölkənin hava məkanından keçməsinə icazə verməyib.
Median.Az RİA “Novosti”yə istinadən xəbər verir ki, Pakistanın xarici işlər naziri Şah Maxmud Kureşi Hindistan hökumətinin müraciətinə “işğal olunmuş Kəşmirdəki vəziyyəti nəzərə alaraq” mənfi cavab verdiklərini açıqlayıb.