Masallı rayonunun kəndlərindən birində bir neçə gün əvvəl maraqlı hadisə baş verib.
Median.Az Bizimyol.info-ya istinadən xəbər verir ki, toy günü gözəllik salonunda bəylə gəlinin sözləri çəp gəlib.
Gəlinin geyəcəyi gəlinliyini bəyənməyən bəy onu dəyişməsini tələb edib, xanım inad edincə isə bəy ona bir şillə vurub. Bundan qəzəblənən gəlin bəyə ərə getməyəcəyini bildirib və ata evinə dönüb.
Oğlan evi qurulmuş toy hazırlığını pozmayaraq gəlinsiz toy edib. Gecə saat ikiyə qədər davam edən toyda qarşı tərəfdən heç kim iştirak etməyib.
Qız evi toyun sabahı gün gələrək gəlinin cehizlərini geri aparıb.