Ermənistan Polisinin rəisi Valeri Osipyan istefa ərizəsini təqdim edib.
Ermənistan mətbuatının məlumatına görə, V.Osipyanın istefasının bu gün elan ediləcəyi gözlənilir.
Bildirilir ki, Baş nazir Nikol Paşinyanın sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasından sonra V.Osipyan istefa ərizəsini yazıb.
Qeyd edək ki, sentyabrın 16-da Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan da istefa verib.