Çexiyanın paytaxtı Praqa şəhərində naməlum şəxs özünü zəncirlə marşal Konevin heykəlinə bağlayıb.
“RİA Novosti” xəbər verir ki, bununla kişi Praqa-6 rayonunun heykəlin yığışdırılması haqda qərarına etiraz bildirib.
Onun sözlərinə görə, babası II Dünya müharibəsində iştirak edib və heykəl ətrafında qalmaqal ona birbaşa təsir edir.
Praqa sakini özü ilə su və plastik stəkan gətirib. O bildirir ki, evə gecə qayıdacaq, çünki səhər işə getməlidir.
Daha əvvəl Praqa-6 rayonunun şurası ərazilərində yerləşən Konev heykəlini yığışdırıb muzeyə yerləşdirmək haqda qərar qəbul edib.