Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Alimlər milyonlarla insanın yaşadığı vulkanın altında iki maqma kamerası tapdı | 22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək | 22:46 Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı | 22:41 "Voyacer-1" Yerdən bir işıq günü uzaqlaşacaq - Siqnalın çatması 24 saat çəkəcək | 22:33 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib | 22:28 "Zelenski Ukraynanı ətçəkən maşına çevirib" - Zaxarova | 22:20 4 tibb müəssisəsində qanun pozuntuları aşkarlandı - Rəhbərləri çıxarıla bilər | 22:14 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - Foto | 22:08 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı | 22:02 Ölkədə əcnəbi tələbələrin təhsilinə daha çox pul ayrılacaq | 21:57 Avrozonada inflyasiya son üç ilin rekordunu qırdı | 21:49 Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq | 21:44 Rafael Nadal "Real Madrid"in rəhbərliyində yer ala bilər | 21:36 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq | 21:32 Süni intellekt 2030-cu ilədək dünya iqtisadiyyatına 22,3 trilyon dollar qazandıracaq | 21:25 Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI | 21:20 Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir? | 21:11 Kirayə mənzil götürənlər evlərini başqalarına verə bilərlər? | 21:06 Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq | 20:54 Pensiyaların nə qədər artacağı bəlli oldu |
Mojo.az Avto
Mojo.az Avto

Məhəmməd Əmin Rəsulzadənin barelyefi ilə bağlı iradlara - MÜNASİBƏT

28.01.2019 18:02 4 636
Məhəmməd Əmin Rəsulzadənin barelyefi ilə bağlı iradlara - MÜNASİBƏT
Abşeron rayonunun Novxanı qəsəbəsi bələdiyyəsinin sədri Şahin Tağıyev görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin barelyefi ilə bağlı iradlara münasibət bildirib.

Median.Az
-ın məlumatına görə, o, Report-a açıqlamasında bu məsələnin mübahisəli olduğunu qeyd edib:

“Yeni barelyef hazırlanarkən bir neçə nəfərlə məsləhətləşmişik. Bir neçə mənbədən dəqiqləşmə apardım, hərə bir söz dedi. Biri dedi ki, “Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu”, digəri isə “Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu” ifadəsi olmalıdır dedi. Başqa bir nəfər də bildirdi ki, “Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri” ifadəsi daha doğrudur. Ona görə də bu mövzu mübahisəlidir. Məhəmməd Əmin Rəsulzadəni tanımayan insan yoxdur.

Hamı bilir ki, bu şəxs kimdir... Mübahisələrə son qoymaq üçün barelyefdə yalnız “Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə bu evdə anadan olmuşdur” ifadəsi yazıldı. Əlavə nə isə yazılsaydı, yenə mübahisə yaranacaqdı. Rəsulzadənin çox titulu var, onun hamısını barelyefə sığdırmaq olmaz axı...”

Ş.Tağıyev deyib ki, Məhəmməd Əmin Rəsulzadə ilə bağlı məlumat əvvəlki barelyefdə də səhv olub:

“Oğurlanan barelyefdə də yanlış yazılmışdı. Həmin barelyefdə “Azərbaycan Demokratik Cümhuriyyətinin rəhbəri, Milli Müsavat Partiyasının yaradıcısı” qeyd olunmuşdu. Belə deyil axı. Guya əvvəl gəlib baxmışdılar ki, yanlış və ya doğru yazılıb? Bəlkə, oğurlanmasaydı, müzakirə olunmayacaqdı. O barelyef AXC-Müsavat cütlüyü hakimiyyətdə olarkən qoyulmuşdu”.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi (DİN) Məhəmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsində yerləşən barelyefinin oğurlanması ilə bağlı məlumat yayıb. Bildirilib ki, yanvarın 15-də Abşeron rayon, Novxanı kəndində yerləşən körpələr evindən rayon polis idarəsinə müraciət edilərək uşaq bağçasının inzibati binasının divarına asılmış M.Ə.Rəsulzadənin barelyefinin naməlum şəraitdə oğurlandığı bildirilib.

Hadisə yerinə baxış keçirilib və zəruri araşdırmalar aparılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq hadisəsini törədənlərin şəxsiyyəti müəyyən edilib və qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənlərdən iki nəfəri saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, barelyefi oğurlayan şəxslər onu hissələrə ayıraraq paytaxtın Binəqədi rayonu və Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqələrinə satıblar. Barelyefin hissələri polis əməkdaşları tərəfindən metal qəbulu məntəqlərindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Novxanı bələdiyyəsi barelyefi yenidən hazırlayıb. Barelyefdə “Azərbaycan Dövlət Cümhuriyyətinin rəhbəri, Milli Müsavat Partiyasının banisi Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə bu evdə yaşamışdır” ifadə yazılıb. Yanlışlıqlar olduğu üçün Novxanı bələdiyyəsi tənqid olunub, buna görə də bələdiyyə barelyefi götürməli olub.

Son xəbərlər